İnsanın saçı niyə daha çox gəncliyində ağarır?

İnsanların əksəriyyətində ağ tükləri 35 yaşından sonra çıxır, ancaq elələri də var ki, bu problemlə daha tez üzləşir. Nəyə görə? Gənclərdə ağ saçların meydana çıxmasına şərait yaradan səbəblər, əsasən genetikdir, hərçənd bəzi vərdişlər və ətraf mühitin amilləri də var.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, kimin 30 yaşa qədər başında ağ tükü çıxırsa, yəqin vaxtaşırı meIanin istehsal edən RF4 geninin çatışmazlığı ilə qarşılaşıb. Bu genetik dəyişiklik ağ tüklətin erkən yaranmasına səbəb olur, lakin sağlamlıq üçün heç bir təhlükə törətmir.

 

Vaxtilə aparılan tədqiqata görə, ağ saçların meydana gəlməsi streslə, Günəş işığının uzunmüddətli təsiri, yaxud ətraf mühitin çirklənməsi ilə bağlıdır. Digər amillər xəstəliklər, zob və pis qida rasionu ilə bağlı ola bilər. Ümumilikdə ağ saçlar adətən qadınlarda kişilərlə müqayisədə gec əmələ gəlir (bu fərq orta hesabla 5 ildir).

 

İrqlərə gəldikdə, statistik tendensiya belədir:

 

*Qafqazlıların saçı 35-45 yaşdan sonra ağarır;

 

*Asiyalılarda saç ağarması 45 yaşdan sonra başlayır;

 

*Afroamerikalılarda bu prosesə 55 yaşdan sonra rast gəlinir.

 

Bəs sizdə saç ağarması nə zaman başlayıb?

 

 

(Visited 85 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir