Genetik modifikasiya olunmuş uşaq “yaradan” alim yoxa çıxıb

İnsanın DNT-sinin “redaktəsi” üzrə eksperimentin artıq yaxın zamanda “modifikasiya edilmiş” uşağın doğulması ilə başa çatacağını xəbər verən cinli genetik Tsyankuy Xe yoxa çıxıb.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, alimi nə həmkarları, nə də Çin Xalq Respublikasının federal idarələri tapa bilmirlər.

 

Honkonqda insan genomunun redaktəsi üzrə İkinci beynəlxalq sammitdə çıxışından sonra alim sərgi zalını tərk edib və ondan sonra nə həmkarlarının, nə də qohumlarının telefon zənglərinə cavab verməyib.

 

Bundan əlavə, Xenin həmkarı – Rays Universitetindən olan amerikalı Maykı Deem “insanlar üzərində eksperimentə” görə istintaq altına düşüb. Hazırda yalnız çinli genetik eksperimentin iştirakçılarının şəxsiyyətinə və araşdırmanın nəticələrinə işıq sala bilər.

 

Xatırladaq ki, çinli tədqiqatçı əkiz qız uşaqlarının DNT-lərini fərqli üsulla dəyişdiyini bildirmişdi.

 

(Visited 65 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir