Qadınların yaşadığı bir sıra problemlər cinsi əlaqə istəyindən soyumalarına səbəb ola bilər. Psixiatriya ekspertlərinin fikrincə, seksuallıq həm qadın, həm də kişi üçün eyni əhəmiyyətə malikdir. Buna baxmayaraq, sanki seksuallıq yalnız kişilərin həzz aldığı bir məsələdir kimi bir görüntü yaradılıb. Seüksuallıqla bağlı demək olar ki, bütün xəbərdarlıqlar kişilərə yönəlib.
Medpress.az xarici mediaya istinadən xəbər verir ki, qadınların cinsi münasibətə baxış prizmasında bəzi fərqlilikər var. Qadınlar cinsi problemlərini ifadə etməkdən, bu problemləri üçün həkimə getməkdən daha çox çəkinirlər. Məsələn, bəzi dərmanlar cinsi istəksizliyi həll etdiyi halda, qadınlar bu problemi həkimlərinə çatdırmaqda (utaqndıqların görə) çəkinirlər. Həyat yoldaşları ilə də bu barədə danışmaqdan çəkinirlər. Cinsi istəklə bağlı az və səhv məlumatlar da qadınların bu məsələdə danışmalarını əngəlləyir.
Azərbaycanda seksuallıqdan danışmaq çoxunun utandığı bir məsələdir. Xüsusilə ərlə arvad arasında seksuallıq demək olar ki, heç danışılmır. Bu vəziyyət problemlərin ortaya çıxarılıb həllini də əngəlləyir.
Qadınları seksuallıqdan soyudan və uzaqlaşdıran səbəblər bunlardır:
– Ərlə bağlı emosional problemlər, onunla mübahisələr və əlaqə problemləri
– Gündəlik stresslər, gərgin və yorucu iş tempi
– Qadının istifadə etdiyi dərmanlar (depressiya əleyhinə dərmanlar, təzyiq dərmanları, allergiya dərmanları, hamiləliyə nəzarət dərmanları)
– Qadının cinsi istəklərini əri ilə danışmaması
– Hamiləlik
– Qadında xəbərdar etmə pozğunluğu, orqazm pozğunluğu, vajinusmus kimi cinsi funksiya pozğunluqları
– Münasibətdə monotonluq
– Erkən boşalma, sərtləşmə kimi kişiyə aid problemlər
– Depressiya
– Siqaret, spirtli içki və yuxusuzluq kimi problemlər
– Ərini istəməmək
– Ərininn təmizliyə önəm verməməsi
– Uşaqla və ya uşaqlarla eyni otaqda yatmaq
– Seksuallıqla bağlı yanlış məlumatlar
– İntim münasibətin özü tərəfindən başlanılmasının yanlış anlaşılma qorxusu
– Aldadılmaq