Arıqlaya bilməməyinizin beş mümkün səbəbi

İnsanların çoxu iddia edir ki, çox az yemək yesə də, ancaq nəyə görəsə arıqlamırlar. Nəyə görə?

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, problemin nə ilə bağlı olduğu aydınlaşdırılıb.

 

Siz kalori “içməyin”

 

Kalori yalnız yeməyin tərkibiundə olmur, həm də içkilərdə var, ancaq çoxları bunu başa düşmür. Şirin qazlı sularda, spirtli içkilərdə və hətta təbii şirələrdə kalori lap çoxdur. Lakin insanlar düşünmədən onları yemək zamanı içir və arıqlamadığına görə təəccüblənir.

 

Siz çox az yeyirsiniz

 

Sizin arıqlamağınıza təkcə çox yeməmək yox, həm də doyunca yeməmək mane ola bilər: əgər siz vaxtaşırı qida qəbulunu, yaxud doyunca yeməyi buraxırsınızsa, sizin orqanizminizdə metabolizm (maddələr mübadiləsi; orqanizmdə gedən kimyəvi reaksiyaların məcmusu) yavaşıyır, yeyilmiş kalorinin çoxu isə “sonraya” saxlanılır – piyə çevrilir. Əgər arıqlamaq istəyirsinizsə, aclıq etmək və yeməkdən imtina etmək olmaz – sağlam yeməklərə üstünlük verməklə sadə qidalanmaq lazımdır.

 

Siz şüurlu şəkildə yeyirsiniz

 

Çoxumuz iş, yaxud istirahət zamanı şüurlu şəkildə olmadan belə qəlyanaltı edirik. Hətta əgər bunlar sağlam qəlyanaltılar – quru meyvələr, qoz-fındıq və digərləri olsa belə – onlar yenə kalori ehtiva edirlər. Əgər onları çox yesəniz, gündə hiss edilmədən 500 və hətta 1000 əlavə kalori yığacasınız.

 

Siz kifayət qədər yatmırsınız

 

Yuxusuzluq – yaxşı bədən quruluşunun ən pis düşmənlərindən biridir. Əgər siz müntəzəm olaraq kifayət qədər yatmırsınızsa, bu əhval-ruhiyyənizə, metabolizmə və iştahanıza təsir göstərir.

 

Sizin hansısa xəstəliyiniz var

 

Bəzi xəstəliklər də sizin çəkinizə təsir edə bilər, ona görə əgər hər şeyi düzgün edirsinizsə, ancaq arıqlamırsınızsa, həkimə müraciət edin: ola bilsin ki, qalxanabənzər vəzinizdə, mədəaltı vəzinizdə, yaxud digər orqanlarınız və sistemlərinizdə problemlər var.

 

(Visited 149 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir