Almaniyada qadın polis “Miss Almaniya-2019” gözəllik müsabiqəsinin qalibi olub. O, əvvəllər internetdə tanınan “Almaniya polisinin ən gözəl əməkdaşı” kimi rəqib olub.
Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, qaliblər bir neçə gün əvvəl elan olunub. Almaniya sakini Nadin Berneys 9,5 min iştirakçını geridə qoyaraq əsas titulu qazanıb.
Sosial şəbəkə istifadəçilərinisə o andaca bəyan ediblər ki, qalib polis 34 yaşlı Adrienna Koleszara layiqli rəqib olub. 2018-ci ilin may ayında o, “ən gözəl qadın polis” kimi internendə şöhrət qazanıb.
Drezden şəhərindən olan 28 yaşlı Berneys səhndə 18 yaşında Baden-Vyurtemberq fedral torpağına pul qazanmaq üçün necə gəldiyini söyləyib.
“Mən hər kəsə belə hərəkət etməyi məsləhət görürəm: valideynlərin köməyi olmadan sərbəst həyatı öyrənmək üçün evi erkən yaşda tərk edin, – o, söyləyib. – Mən 10 il boyunca polis işləmişəm və heç vaxt buna peşiman olmamışam”.
Alman qız mükafat kimi gələcək bütün ili müxtəlif ölkələrə səyahət etmək imkanı əldə edib, eləcə də avtomobil və paltar udub.