Ölkədə nə qədər skleroz var?

“2013-2017-ci illərdə dövlət proqramı çərçivəsində müayinə edilən 1400-ə yaxın xəstədən 1214-nə dağınıq skleroz diaqnozu qoyulub. 170-dən çox xəstədə isə diaqnoz tamamilə inkar edilib”,APA-nın xəbərinə görə, bunu Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya Kafedrasının assistenti Rahim Əliyev deyib.

Onun sözlərinə görə, dağınıq sklerozdan əsasən 20-40 yaş arası qadınlar əziyyət çəkir: “Bu xəstəlikdən ölüm halları nadir baş verir. Dağınıq skleroz adətən əlilliyə səbəb olur. Azərbaycanda dağınıq skleroz xəstəliyinə daha çox Bakı şəhərində, Quba- Xaçmaz və Bakakən-Şəki zonalarında rast gəlinir”.

R.Əliyev bildirib ki, xəstəliyin yaranma əlamətləri rəngarəngdir: “Ona görə də konkret səbəb yoxdur. Xəstələr daha çox görmə, müvazinət və hissiyyat pozğunluqları ilə bağlı müraciət edirlər. Bu cür əlamətlər başqa xəstəliklərdə də müşahidə edildiyindən müqayisə üçün dəqiq diaqnoz qoymaq lazım gəlir”.

İnstitut əməkdaşı qeyd edib ki, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində xəstələrin aktiv müayinəsi, dağınıq skleroz xəstəliyi olan insanlarda əlilliyin qarşısının alınması nəzərdə tutulur.

 

(Visited 50 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir