Azərbaycanda 200 nəfərin əlilliyi ləğv edilib

2018-ci ildə Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb, bu ilin yanvarında isə daha 200 əsassız əlillik ləğv edilib.

 

Medpress.az-ın verdiyi xəbərə görə, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ilə birgə yaradılan işçi qrupu bu məsələ ilə ciddi məşğuldur: “Araşdırma zamanı məlum olur ki, saxta əlillik düzəltmək üçün vasitəçilik edənlər nazirliyin işçiləri deyil. Ötən il ərzində əlillik 60 faiz azalıb. I qrup üzrə isə əlillik faizi 70 faiz azalıb. Bu dinamika reallığa uyğundur”.

 

Sahil Babayev hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görüldüyünü açıqlayıb: “Saxta əlilliyə görə vəzifəsindən azad olunanlar, hətta cinayət işi açılanlar da var. Onlardan bir neçəsi artıq həbs edilib. Əlilliyi ləğv olunan günədək pensiya alanlara ödənilən vəsait vəzifəli şəxslər tərəfidən geri ödənilməyə başlayıb. Artıq 1 milyon manata yaxın vəsait geri qaytarılıb. Ləğv edilən əlilliklərə görə ödənilən vəsaitlərin büdcədə qalması il ərzində 3 milyon manata qənaət deməkdir”.

 

Nazir qeyd edib ki, ötən il nazirliyin 600 əməkdaşı barəsində inzibati tənbeh tədbiri görülüb. “Bunlardan 80 nəfəri işdən çıxarılıb, 500 nəfərdən çoxu tənbeh alıb. Bunlar, əsasən, səhlənkarlıq, kobudluq hallarına görə olub”.

 

 

 

(Visited 43 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir