Dərmanlar haradan gəlir?

Azərbaycana bütün ölkələrdən dərman vasitələri idxal olunur.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Farmokonəzarət Sektorunun müdiri Elmin Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycana daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir: “Sonra bazarda əsasən Rusiya, MDB ölkələri, Türkiyədən gətirilən dərmanlar üstünlük təşkil edir. Azərbaycana Banqladeş və Hindistandan da dərmanlar gətirilir. Lakin bunların sayı o qədər də çox deyil”.

AEM-in dərman vasitələrinin qeydiyyatı və ekspertizası şöbəsinin baş mütəxəssisi Ulduz Eyvazova isə bildirib ki, düzgün istifadə edilmədikdə, aptekdən alındıqdan sonra evdə normal şəraitdə saxlanılmadıqda dərmanlardan zəhərlənmələr baş verir: “Dərmanlardan zəhərlənmələr onların keyfiyyətsiz olması ilə bağlı deyil. Bir də ki, dərman preparatları uşaqların əli çatmayan yerlərdə saxlanmalıdır. Bəzən uşaqlar bir günlük yox, sutkalıq dozanı qəbul edirlər ki, bu da zəhərlənmələrə səbəb olur”.

 

(Visited 100 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir