Tanınmış həkim Heydər Əliyev zirvəsinə qalxanda öldü

Tanınmış həkim, Azərbaycan Tibb Universitetinin (ATU) keçmiş müəllimi Mehdi Mehdiyev dünyasını dəyişib. Medpress.az xəbər verir ki, bu barədə həkimin oğlu Aqşin Mehdiyev sosial şəbəkədə məlumat yayıb: “Doktor Mehdi Mehdiyev Şahdağ dağında Heydər Əliyev zirvəsini hər il olduğu kimi, bu dəfə də ziyarət edərkən zirvəyə qalxan yolda infarktdan qəflətən keçinib”.

 

Mehdi Mehdiyev tibb və siyasət sahəsində tanınırdı. O, sağlam həyat tərzi keçirir, müntəzəm idmanla, xüsusi olaraq, dağ idmanı ilə məşğul olurdu.

 

Mehdi Mehdiyev 1956-cı ildə anadan olub. Azərbaycan Tibb Universitetini bitiirb. Ölkənin tanınmış infeksionist həkimi idi.

 

(Visited 74 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir