Azərbaycanda çörək brendləri yaradıla bilər

Azərbaycanda çörək brendlərinin yaradılması təklif edilir. Medpress.az bildirir ki, bunu Bakıda keçirilən Aqrar Texnologiyalar və Yaşıl Enerji üzrə Beynəlxalq Forumda (“AgTech and Green Energy”) ekspert Hikmət Abdullayev “Ağıllı Kənd” (“Smart Village”) layihəsi ilə bağlı təqdimatında deyib.

 

Onun sözlərinə görə, çörək brendlərinin yaradılması “Ağıllı Kənd” layihəsində nəzərdə tutulub: “Dünyada 40-dan çox çörək növünə rast gəlmək mümkündür. Ancaq Azərbaycanda cəmi 4-ə yaxın çörək növü var. Sözügedən problem pendir sahəsində də müşahidə edilir. Belə ki, ölkədə mal, qoyun, keçi pendirindən başqa pendir növü tapmaq mümkün deyil”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir