Səhərlər isti su içməyin faydası -əfsanə yox, həqiqətdir

Əksəriyyət səhərlər günə bir fincan isti çay və ya qəhvə ilə başlayır. Yaxud su içmək vərdişiniz varsa, yəqin ki, soyuq su içirsiniz, elə deyilmi? Ancaq xüsusilə səhərlər boş mədəyə isti su içsəniz, bədəninizə böyük faydalar təmin etmiş olduğunuzu bilirdinizmi? Bu yazıda sizə səhərlər niyə isti su içməli olduğumuzun əsas səbəblərini göstərəcəyik.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, səhərlər isti su içsəniz, bədəninizi zərərli toksinlərdən təmizləməyə kömək edər. Bunun səbəbi suyun və digər mayelərin mədədə ərzaqların parçalanmasını sürətləndirməsi və həzm sistemini yaxşılaşdırmasıdır. Bu səbəblə soyuq suyu isti su ilə əvəzləməyi təcrübədən keçirin və xüsusən yeməkdən sonra həzm sisteminizi normallaşdıracaqsınız.

 

Ağrını azaldır…

 

Beləliklə, səhərlər boş mədəyə 1 stəkan ilıq su için. Bu, metabolizmanızı sürətləndirəcək və orqanizminizin düzgün işləməsinə yardımçı olacaq. Mədə bakteriyaları dərhal yox olacaq.

 

Bəzi insanlar isti suyun ən güclü təbii dərman olduğuna və menstrual ağrıları (aybaşı ağrıları) yüngülləşdirdiyinə inanır. Əslində isə, suyun temperaturu qarın əzələlərini rahatladığından ağrı azalır. Çünki isti su qan dövranını sürətləndirir və əzələlərin gərginliyini azaldır.

 

Arıqladır…

 

Yəqin ki, pəhriz zamanı səhərlər bir stəkan ilıq suyun kilo verməyə köməkçi olduğunu eşitmisiniz. Bunun səbəbi isti suyun bədən temperaturunu artırması və orqanizmə təkan verməsidir. Bu şəkildə orqanizminiz daha çox kalori yandıracaq və böyrəklərinizə, digər orqanlarınıza da faydalı təsiri olacaq.

 

Daha əvvəl də qeyd etdiyimiz kimi, səhərlər isti su qəbul etsəniz, orqanizminizin zərərli toksinlər və tullantılardan təmizlənməsinə kömək etmiş olarsınız.

(Visited 302 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir