Azərbaycanda növbəti uğurlu beyin-damar əməliyyatı

Başgicəllənmə, göz qaralması, sol qolunda keyləşmə və sol qol təzyiqinin çox zəif olması səbəbi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edən xəstənin müayinəsi zamanı sol qol və beyinciyi qidalandıran arteriyada 90 faiz darlıq aşkarlanıb. Eləcə də beyincik arteriyasının tərs axın ilə beyindən qanı oğurlayaraq (oğurlama sindromu) qolun qidalanmasına yardımçı olduğu müşahidə edilib. Bu səbəbdən beyin qan dövranının pozulması ilə artan şikayətlər meydana çıxıb.

 

Medpress.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar cərrah, professor Ahmet Memiş tərəfindən bud arteriyasından 2 millimetrlik dəliklə icra edilən endovaskulyar əməliyyat zamanı daralmış arteriyaya stent+angioplastika ilə 100 faiz damar açıqlığı təmin edilib, qola və beyinciyə gedən qan axını bərpa olunub.

 

Xəstənin şikayətləri tam aradan qaldırılıb və hər iki qol təzyiqi bərabərləşdikdən sonra pasiyent əməliyyatın səhəri günü sağlam şəkildə evə yola salınıb.

 

(Visited 80 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir