İnsan alveri qurbanı olan kişilərin sayı artıb – STATİSTİKA

“Son 10 ildə insan alverinin qurbanı olan kişilərin sayı artıb”, -bunu Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbirində deyib.

S.Aktoprak bildirib ki, 2015-ci ildə insan alverinin qurbanı olan kişilərin sayı qadınların sayından çox olub: “Belə ki, 2006-cı ildə insan alveri qurbanlarının 84 faizi qadın idisə, indi bu rəqəm 43 faizə düşüb”.

S.Aktoprak qeyd edib ki, 2014-2016-cı illərdə insan alveri ilə bağlı qeydə alınan cinayətlərin 77%-i transmilli xarakter daşıyıb: “İnsan alveri qurbanlarının 50-%-i 22-37 yaş arasındadır. İnsan alverinin qurbanı ola kişilər ortalama 30, qadınlar isə 29 yaşındadır. 2006-2016-cı illərdə 50 minə yaxın insana Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən yardım edilib”.

(Visited 81 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir