Depressiyaya qarşı doğru bilinib yanlış çıxan vasitə

Elm adamlarının İngiltərə, Hollandiya, Almaniya və İspaniyada apardıqları araşdırmaların nəticələrinə görə, bir il boyunca hər gün multivitamin qəbul edənlərin depressiyaya düşmə ehtimalı həmin dərmanlardan istifadə etməyənlərlə eynidir.

 

Medpress.az livescience.com saytına istinadla xəbər verir ki, tədqiqat zamanı 1000-dən çox insan müxtəlif kateqoriyalar üzrə dörd qrupa ayrılıb.

 

Tədqiqat iştirakçılarının hamısının artıqçəkili olduğu və ya piylənmədən əziyyət çəkdiyi, depressiyaya düşmə ehtimalının yüksək qiymətləndirildiyi bildirilib.

 

Bir il ərzində iştirakçılardan 105-nin depressiyaya düşdüyü, bu rəqəmin 4 qrupda da təxminən eyni olduğu, onların yemək vərdişlərinin dəyişdirilməsi üçün davranış terapiyasının işə yaramadığı qeydə alınıb.

 

Alimlər iştirakçıların qəbul etdikləri multivitaminlərin tərkibində fol turşusu, D vitamini, Omeqa-3, sink və seleniumun olduğunu deyiblər.

 

Tədqiqatın nəticələri “JAMA” dərgisində yayımlanıb.

 

Qeyd edək ki, daha əvvəl aparılan bir araşdırmanın nəticəsində orqanizmdə bəzi qidalandırıcı maddələrin çatışmamasının depressiya ehtimalını yüksəltdiyi qənaətinə gəlinmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir