Ölkədə həyata keçirilən tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib.
Medpress.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov kollegiya iclasında açıqlayıb.
Onun sözlərinə görə, əgər 2014-cu ildə ölkədə körpə ölümü göstəricisi 10,2 promilli idisə, 2018-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm 11,0 promilli təşkil edib: “Bu günə qədər 1000 qram və az çəki ilə doğulan 353 körpədən 126-nı xilas etmək mümkün olub”.
Gülmirzə Poladov deyib ki, 2017-ci ildə 21 ana ölümü qeydə alındığı halda, 2018-ci ildə bu rəqəm 17 olub.