686 kiloqram at əti aşkarlandı – BƏRDƏDƏ

Dekabrın 22-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Bərdə şəhəri ərazisində  növbəti tədbir keçirilib.

 

Medpress.az-a Daxili İşlərNazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, S.Novruzovanın Cavanşir küçəsindəki həyətyanı sahəsindən mənşəyi məlum olmayan və natəmiz vəziyyətdə saxlanılan, çəkisi 686 kiloqram olan at əti aşkar edilib.

 

Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir