Bu dərmana nəzarət gücləndirilir

Tramadolun Azərbaycan ərazisində dövriyyəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Medpress.az  xəbər verir ki, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısı”na edilən dəyişiklikliyin məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir.

 

Siyahıdakı 79-cu “Tramadol hidroxlorid 100mq-150mq-200mq və daha artıq. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid)” bəndində dəqiqləşdirmə aparılıb. Beləliklə, siyahıdan maddənin miqdarı (100mq-150mq-200mq və daha artıq) çıxarılıb.

 

Layihədə qeyd edilir ki, tramadol hidroxlorid ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilən bu maddə yüngül və güclü, kəskin və xroniki ağrılan qarşısının alınması üçün istifadə edilir.

 

Bundan başqa, siyahıya 37-1 ((Qabapentin. Bütün qabapentin tərkibli dərman vasitələrinə şamil olunur. (1-(Aminometil) tsikloheksansirkə turşusu)) maddəsi əlavə olunur. Bu maddənin külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram götürülüb.

 

Dəyişiklik layihəsi Milli Məclisin dekabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

(Visited 177 times, 1 visits today)
Gündəm rubrikalarında dərc olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir