Qadın qripdən öldü – GÜRCÜSTANDA

Gürcüstanın Acarıstan Muxtar Respublikasında 53 yaşlı qadın qrip virusundan ölüb. Medpress.az Gürcüstan mediasına istinadən bildirir ki, qadın bir neçə gün Batumi Respublika Xəstəxanasında müalicə olunub.

 

 

Qripin ağır formasından əziyyət çəkən qadın dekabrın 17-də xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, ona “A” tipli virus diaqnozu qoyulub.

 

Acarıstanın İctimai Sağlamlıq Məkəzinin məlumatına görə, muxtar respublikada 3 H1N1 virusu (“donuz qripi”) faktı təsdiqlənib. Mərkəz əhalini qripin ilk simptomları olan kimi dərhal həkimə müraciət etməyə çağırıb.

 

Hazırda Gürcüstanda 100 min nəfər əhaliyə 221 qripə yoluxma faktı düşür.

 

Xatırladaq ki, Medpress.az bir neçə gün əvvəl Gürcüstanda qrip virusunun yayılmasının laborator şəraitdə təsdiq olunması ilə bağlı xəbvər yaymışdı. Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze dekabrın 11-də açıqlama verib. Mərkəz rəhbəri deyib ki, laborator müayinə zamanı 10 haldan 7-də virus qripi təsdiq olunub: “Lakin həkimlər qriplə bağlı vəziyyətin gələcəkdə kəskinləşməsi üçün hələ əsas görmürlər”.

 

A.Qamkrelidze ölkə əhalisini qripə qarşı peyvənd olunmağa çağırıb: “Bununla yanaşı, gigiyena normalarına riayət etmək, otağın havasını dəyişdirmək, həmçinin yüksək temperatur olduğu halda, ailənin bütün üzvlərinin həkimə müraciət etməsi lazımdır”.

 

Mərkəz rəhbəri bildirib ki, dövlətin dəstəyi ilə qripə qarşı 39 min nəfər, daha 10 min nəfər isə özəl sektorun dəstəyi ilə peyvənd olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir