Azərbaycanda meşələrdən meyvə yığmaq qadağan edildi – CƏRİMƏLƏR

Azərbaycanda meşələrdə bəzi meyvələrin yığılması qadağan edilir.

 

Medpress.az  xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” dəyişikliklərdə əksini tapıb.

 

Qanunun əhatəsi qadağa olan yerlərə aiddir. Meşədə yığılan hər bir kiloqram alma, armud və zoğala görə bir manat məbləğində cərimə tətbiq edilir.

 

Meşədən yığılması qadağan olunanlar siyahısına dərman bitkiləri də əlavə olub: itburnu, çaytikanı, fıstıq toxumu və digərləri. Bu növ bitkilərin yığılmasına görə 3-5 manat civarında cərimə nəzərdə tutulub.

 

 

 

Dəyişikliyə əsasən, tökülmüş yarpaqları, meşə döşənəyi və qarğı yığan şəxslər də cəzalandırılacaq.

 

Yeni qanunvericilikdə o da qeyd olunub ki, icazə olmadan meyvə ağaclarının məhsulunu yığanlar həmin məhsulu geri qaytarmalıdır. Bildirilir ki, əsassız əldə edilən məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.

 

(Visited 61 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir