Nazir qadınları az uşaq doğmaqda ittiham etdi

Yaponiya baş nazirinin müavini Taro Aso ölkənin qadınların az uşaq doğduqlarına görə ittiham edib.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Taro Aso bəyan edib ki, əhalinin yaşlanması uşaqların sayının azalması ilə birləşərək ciddi problemə çevrilir.

 

Onun açıqlaması müxalifətdən olan deputatların ciddi narazılığına və təndiqinə səbəb olub. Müxalifətçi deputatlar bəyan ediblər ki, onun sözləri uşaq sahibi ola bilməyən cütlüklərə ziyan vura bilər. Sözlərinə cavab olaraq mənfi reaksiyadan sonra Aso şərhini geri götürüb və deyib ki, onun fikri konteksdən çıxarılıb.

 

Qeyd edilir ki, Aso son illərdə seksizmdə ittiham olunan birinci yaponiyalı qanunverici deyil. 2018-ci ilin may ayında ölkənin hakim partiyasının deputatı söyləmişdi ki, cavan yapon qadınlar daha uşaq doğmalı, yoxsa onlar dövlət üçün ağır yük olacaqlar.

 

(Visited 109 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir