Əri ilə cinsi əlaqəyə girməyən bakirə qadının uşağı oldu

30 yaşlı qadın əri ilə heç vaxt cinsi əlaqədə olmasa da, dünyaya uşaq gətirib. Bu, ona toxunulanda uşaqlığında spazma tutmaları ilə bağlı olub.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, Hindistanda nikahda olan 30 yaşlı Revati Bordvekar vaginizm (vaginizm ( vajinismus) – cinsi əlaqə qorxusu olub (ilk gecə qorxusu, ağrılı cinsi əlaqə) qadınlarn özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.) , eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır. Vaginizm, qızların beyinlərində yaratmış olduqları qorxulardan ( qanama, şiddətli ağrı və s.) dolayı formalaşdırdıqları yalnış düşüncələrə inandıqları problemdir! Bu zaman qızlar cinsi əlaqəyə girməkdən imtina edərək şiddətli ağrıların olacağını və ya beynində formalaşdırdığı qorxunu səbəb kimi izah etməyə çalışırlar) səbəbindən əri ilə cinsi əlaqədə ola bilmir.

 

Qadın uşaqlıq yoluna nəsə əlavə etmək istəyəndə spazma tutmaları başlayır. Təbii ki, bu uşaqlıq yoluna cinsi orqanın toxunması zamanı da olur. Revati məhz buna görə hələ də bakirə qalır, çünki heç vaxt əri Çennay ilə cinsi əlaqədə olmayıb. Lakin bu qadına hamilə qalmasına və dünyaya Eva adlı qız gətirməsinə mane olmayıb. Bu ekstrakorporal mayalanma sayəsində mümkün olub.

 

Revati doğuşdan sonra ümid edir ki, mükəmməl seks onun əri ilə münasibəti üçün  maneə olmayacaq.

 

O, gələcək əri ilə ilk dəfə tanışlıq saytı vasitəsilə 2013-cü ildə görüşüb. Çennay ABŞ-da yaşayıb, lakin bir müddət sonra Hindistana qayıdıb. O vaxt hələ 25 yaşı olan Revati ərinə yalnız toy gecəsi vaginizmdən əziyyət çəkdiyini bildirib.

 

Bu pozulma ilə bu və ya digər dərəcədə planetdəki gözəl cinsin nümayəndələrinin 1 faizi qarşılaşır. Ərlə arvadın ənənəvi sekslə məşğul olmaq üçün sonuncu cəhdi 2018-ci ildə, Revati EKO proseduruna başlayanda olub.

 

“Mən özümü çox narahat hiss edirdim və səbrsizliklə  bunun tezliklə başa çatmasını istəyirdim”, – Revati söyləyib. – İlk dəfə 22 yaşım olanda uşaqlığımda nəsə qaydasında olmadığını bildim və gigiyenik tampondan istifadə etməyə cəhd göstərdim. Əllərim titrəyirdi, uşaqlıq yolum isə birdən bağlandı. Ancaq uzun müddət professional yardım üçün həkimlərə bu haqda danışmaqdan utanırdım. Xoşbəxtlikdən, ərim məni belə qəbul etdi, necə varamsa elə, ümid edirəm ki, doğuşdan sonra ənənəvi seks daha bizim üçün maneə olmayacaq”, – Revati əlavə edib.

 

 

 

(Visited 1. 028 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir