Meteohəssas insanlara hava ilə bağlı XƏBƏRDARLIQ

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

(Visited 46 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir