Kaliforniya universitetinin mütəxəssisləri pis nəticəyə gəliblər: son 4 onillikdə bütün dünyada dağılan ailələrin sayı iki dəfə artıb.
Medpress.az xarici mediaya istinadən bildirir ki, bu nəticə dünyanın 84 ölkəsində boşanmaların statistikasının təhlilindən sonra əldə olunub. Sosioloqlar ər-arvad münasibətlərini korlayan amilləri sadalayıblar: təhlükəsizlik, təhsil, gəlir, yaş, dini etiqad və digər amillər.
Nikahlarıın pozulmasının orta səviyyəsi 1000 ər-arvada 0,48 hadisə təşkil edib. 1970-ci ildən 2008-ci ilədək boşanmaların minimum səviyyəsi Şri-Lankada 1000 nikaha 0,45 olub.
Kədəli liderlər üçlüyünü Qazaxıstan, Rusiya və Kuba təşkil edib.
Boşanmaların yüksək göstəricisi Kanada, Avstraliya və Yeni Zelandiyada da müşahidə olunur. Skandivaniyanı çıxmaq şərtilə inkişaf etmiş Qərb ölkələri də boşanmalara görə geri qalmır.
Azərbbaycanda 2018-ci ilin yanvar-noyabr aylarında 56888 nikah və 13655 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.