2018-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikası əhalisinin sayı artıb.
Medpress.az bildirir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirildiyinə görə, 2018-ci il noyabrın 1-nə muxtar respublika əhalisinin sayı bir il əvvəlki ilə nisbətdə 3,3 min nəfər artıb.
Hazırda muxtar respublika əhalisinin sayı 455 min 592 nəfərdir.