Cinsi yetkinlik yaşına çatan qızlarla bağlı daha bir risk

“Cinsi yetkinlik yaşına çatan qızlarda oğlanlara nisbətən dağınıq sklerozla bağlı risk 2-3 dəfə artıq olur. Bu xəstəliyə daha çox gənclərdə, 3-5 faiz halda isə uşaq yaşlarında rast gəlinir”. Medpress.az-ın verdiyi məlumata görə, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofiziologiya Kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva deyib.

 

 

Həkimin sözlərinə görə, əgər qohumlar arasında 1-ci dərəcəli dağınıq skleroz xəstəsi varsa, bu, uşaqlarda riski 2-4 faiz artırır.

 

Rəna Şirəliyeva deyib ki, uşaqlarda bu xəstəlik daha kəskin və aqressiv başlayır: “Lakin uşaqlarda böyüklərə nisbətən remissiyaya daha tez çatırlar. Uşaqlarda xəstəliyin kəskinləşmə dövrü 4 həftəyə kimi ola bilirsə, böyüklərdə bu müddət 8 həftəyə kimi arta bilər. Bundan başqa, uşaqlar böyüklərə nisbətdə orta və ağır əlilliyə daha tez uğrayırlar”.

 

Həkimin fikrincə, dağınıq skleroz xəstəliyi daim diqqət mərkəzindədir və ciddi diaqnostik çətinliklər yaradır: “Bəzən dağınıq skleroz xəstələrinə lazım olmayan dərmanlar verilir. Bu da xəstəliyin düzgün müalicə olunmasına maneədir. Siqaret çəkmək və C vitamini çatışmazlığı yüksək risk faktoru kimi qiymətləndirilir. Qəbul edilən dərmanlar əsasən xəstəliyin gedişinə təsir edir və ağırlaşma, eləcə də kəskinləşmənin qarşısını ala bilir”.

 

(Visited 242 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir