Yarımçıq doğulan körpələrdə bu xəstəlik yarana bilər – AÇIQLAMA

“Son illərdə ölkədə yarımçıq və az çəki ilə doğulan körpələrin həyatdaqalma faizinin artması gələcəkdə onlar arasında nevroloji xəstəliklərin çoxalması ehtimalını yüksəldir. Çünki onlarda sinir sistemi tam formalaşmır”, –Medpress.az bildirir ki, bunu jurnalistlərə Nevroloqların Milli Assosiasiyasının vitse-prezidenti Aytən Məmmədbəyli deyib.

 

 

Həkimin sözlərinə görə, bu səbəbdən həmin körpələrdə xəstəliklərin vaxtında aşkar edilməsi üçün həkimə müraciət olunmalıdır.

 

A.Məmmədbəyli deyib ki, vaxtında həkimə müraciət xəstəliklərin erkən diaqnostikasında mühüm rol oyanır: “Vaxtında dünyaya gələn körpələrdə sonrakı müddətdə sinir sistemi ilə bağlı xəstəliklərin aşkar olunması isə antenatal (hamiləlik) dövrdə olan zədələrlə əlaqəlidir. Bura ananın həm somatik statusunda problemlər, həm də bətndaxili infeksiyalar aiddir”.

 

Mütəxəssisin fikrincə, uşaqlar arasında daha çox beyindaxili qan sızmaları və mədəciklərin böyüməsindən sonra sinir sistemi xəstəlikləri ortaya çıxır: “Bu da uşaqlarda psixomotor inkişafın ləngiməsinə səbəb olur və əlilliyə gətirib çıxarır”.

 

 

(Visited 594 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir