Azərbaycanda 22 nəfərə dövlət hesabına böyrək köçürülüb

2018-ci ilin əvvəlindən indiyədək 22 nəfərə dövlət hesabına böyrək köçürülüb, 114 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.

 

Medpress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov kollegiya iclasında deyib.

 

Onun sözlərinə görə, bu il 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 2 nəfər kəskin leykoz, digər 10 nəfər böyük beta-talassemiya xəstəsi olub: “Bu il dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub, onlardan 246-sı uşaqdır. Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılıb və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub”.

 

Gülmirzə Poladov əlavə edib ki, son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb: “Ümumilikdə bu il 280 mindən çox xəstəyə ən müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib”.

 

(Visited 29 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir