Ağcaqanad dişlədi, Fil xəstəliyinə tutuldu

Pakistanlı ağcaqanad dişləyəndən sonra 5 il çarpayıdan qalxmaq imkanından məhrum olub. Kişidə fil xəstəliyinin (elefantiaz) ağır forması inkişaf edib.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sind əyalətindən olan Şahid Hüseyin beş il əvvəl ilk dəfə ayaqlarının ağrıdığını və şişdiyini görüb. O, əvvəlcə əlamətlərə göz yumub, ancaq tezliklə dabandan yuxarı dizinədək olan hissə o qədər şişib ki, həkimə müraciət etməli olub. Həkimlər ona fil xəstəliyi diqanozu qoyublar – bu xəstəlik zamanı insan bədəninin hansısa hissəsi limfanın durğunluğu üzündən böyüyür.

 

Ailəsi Hüseyinin tibbi prosedurları üçün bütün əmanətini sərf etsə də, yerli həkimlər ona kömək edə bilməyiblər. Onlar kişini paytaxta göndəriblər, lakin xərclər üzündən bunu reallaşdıra bilməyib. Onun arvadı Fatima etiraf edir ki, bütün qızıl-zinət əşyalarını satıb və əldə etdiyi pulun hamısını qızının toyuna xərcləyib.

 

Hüseyn pul qazanmaq imkanını itirib: kişi çarpayıdan qalxa bilmir, çünki onun ayaqlarının çəkisi 50 kiloqramdır. Ailəsi pul üçün tez-tez qohumlarına müraciət edir. Kişi hökumətə pul üçün müraciət etsə də, hələ ki cavab almayıb.

 

Fil xəstəliyi filarioidea ailəsinə daxil olan qurdlar tərəfindən törədilən parazitar xəstəlikdir. Bu xəstəlik parazitar xəstəliklərə aid olub, həmin qurdlar maralların orqanizmində yaşayıb, ağcaqanadlar tərəfindən yayılır.

 

(Visited 267 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir