Azərbaycanda 55 nəfər qızılcaya yoluxub – AÇIQLAMA

Azərbaycanda qızılca xəstəliyinə yoluxanların hamısı sağalıb.

 

Medpress.az “report”a istinadən bildirir ki, bu haqda Azərbaycanın baş infeksionisti Cəlal İsayev məlumat verib.

 

Onun sözlərinə görə, Azərbaycanda qızılcaya 55 yoluxma halı qeydə alınıb: “Bu xəstəliyə yuxarı yaş qrupuna aid insanlar yoluxub. Uşaqlar arasında qızılca müşahidə olunmur. Bunun da səbəbi odur ki, uşaqlar körpəlikdən hamısı peyvəndə cəlb olunub və onlar arasında bu xəstəliyə təkrar yoluxma müşahidə edilmir”.

 

Cəlal İsayev qeyd edib ki, qızılcanın yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi xaricdən 160 min doza peyvənd sifariş edib: “Peyvəndlər yaxın zamanlarda ölkəyə gətiriləcək və yəqin ki, fevral ayının axırı və ya mart ayında peyvəndləmə həyata keçiriləcək. Peyvəndlərin vurulması dövlət hesabına ödənişsiz olacaq”.

 

 

(Visited 144 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir