Azərbaycanda sosial müavinətlərin məbləği artırılır

Sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır.

 

Medpress.az bildirir ki, bunu fevralın 14-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında bəyan edib.

 

Onun dediyinə görə, müavinətlərin sayı çoxdur, onların unifikasiyasına ehtiyac var. “Bu gün 80-ə qədər müavinət növü var. Onların daha da sadələşdirilib cəmləşdirilməsinə, eyni zamanda onların məbləğinə kompleks şəkildə baxılır. Bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin məbləği aşağıdır. Bəzi kateqoriya insanlar var ki, bundan kənarda qalıblar. Onlarla bağlı layihə hazırlanır, konseptual yanaşma olacaq”.

 

Sahil Babayev qeyd edib ki, müavinət alanlar 500 min nəfərdir: “Tələsik qərar da vermək olmaz, çünki bu 500 min insanın həyatına təsir edəcək addımdır. Biz bunu ətraflı araşdırırıq. Asiya Bankının, Dünya Bankının ekspertlərini dəvət etmişik, onlar da rəylərini verdikdən sonra yekun sənədi açıqlayacağıq”.

 

 

 

(Visited 147 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir