Yeddi müəllimə eyni vaxtda hamilə qaldı

Amerikanın Kanzas ştatının, Qoddard şəhərində yerləşən Oak Street Elementary School ibtidai məktəbində eyni vaxtda 7 müəllimə hamilə qalıb.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, məktəbin direktoru Eşli Millerin sözlərinə görə, qısa müddətdə 15 müəllimədən 7-si hamilə qaldığını söyləyib. Direktor iddia edir ki, bu cür vəziyyətlə həyatında ilk dəfədir rastlaşır.  O, hətta zarafat edərək deyib ki, məktəbin binasında uşaq bağçası da tikməyə ehtiyac var.

 

Müəllimələrdən ikisi mart ayının axırında cəmisi bir sutka fərqlə uşaq dünyaya gətirib. Qalanları doğum evinə oktyabr  ayına qədər müxtəlif müddətlərdə gedəcək.

 

“Artıq bu, çox gülməlidir. Mənə elə gəlirdi ki, üçümüz olanda biz çox idik. Sonra dördüncü hamilə qaldı, ardınca beşinci sıramıza qoşuldu, indi isə 7 nəfərik, bu əsl komediyadır”, – müəllimə Tara Conson etiraf edib.

 

Qadınlar yaranmış vəziyyətə görə, bir-birinə sataşır, bir-birini dəstəkləyirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir