Qadın əxlaqsız təklifə görə özünü öldürmək istədi – MASALLIDA

Masallı rayonu, Həsənli kənd sakini, 30 yaşlı Rəna Məmmədova (ad-soyad şərtidir) taksi ilə gedərkən sürücü ona əxlaqsız təklif edib. Bunu qəbul edə bilməyən qadın sürətlə hərəkətdə olan maşından özünü yerə atıb. Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.

 

Medpress.az open.az-a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qadın bir gündən sonra özünə gəlib və ona olunan əxlaqsız təklif bir daha yadına düşüb. O, yenidən intihara əl atıb. Qadın bu dəfə çoxlu sayda güclü təsiredici həb içərək intihara cəhd edib. Həkimlərin səyi nəticəsində Rəna Məmmədovanın həyatı xilas edilib.

 

Hadisə ilə bağlı toplanmış materiallar Masallı rayon Prokurorluğuna göndərilib.

 

(Visited 93 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir