Azərbaycanda ögey uşağı olan analara güzəşt təklif edilir

Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınması üçün “Sosial müavinətlər haqqında” qanuna müvafiq dəyişiklik olunması təklif edib.

 

Medpress.az  xəbər verir ki, bu, palatanın 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

 

Hesabatda qeyd olunub ki, təklif üzrə təqdim olunan məlumata görə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi və “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb və razılaşdırılmaqdadır.

 

 

 

 

(Visited 71 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir