Yapon PƏHRİZİ: Sizi 14 gün ərzində yeddi kiloqram arıqladacaq – RESEPT

Yapon pəhrizi – dünyada ən populyar pəhrizlərdən biridir. Ancaq, təəssüf, bu pəhriz zamanı siz ətli şorba, yaxud kalorili yeməklərlə ərköyünlük edə bilməzsiniz. Rasionun əsasını yağsız zülallar, tərəvəzlər və minimum karbohidrat və duz təşkil edir. Amma nəticə sizi yəqin ki, sevindirəcək.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin çəkidən asılı olaraq, bu pəhrizlə iki həftəyə 6-8 kiloqram çəki itirmək olar.

 

Yapon pəhrizinin qaydaları

 

Pəhriz zamanı şəkər, ədviyyat və duzdan (əgər onsuz yaşaya bilmirsinizsə, hərdən az miqdarda duz əlavə edə bilərsiniz) istifadədən kənarda durmaq məcburiyyətində qalacaqsınız.

 

Gündəlik intizanı pozmadan bütün məhsullardan istifadəyə dəqiq əməl edin. Yalnız səhər yeməyində istisna ola bilər: qara qəhvəni şəkərsiz yaşıl çayla əvəz edin. Komplekslərsiz gözəl həyat üçün çətin yola başlamazdan 3 həftə əvvəl fastfuddan, un və şirin şeylərdən imtina edin.

 

Pəhrizdən çıxma da az vacib deyil, hər şeyi yeməyə başlamayın: yağlı, qızardılmış, şirin. Onda cəhdinizə nəticədə özünüz haqq qazandıracaqsınız.

 

Beləliklə, pəhrizə başladıq:

 

1-ci gün

 

Səhər yeməyi: qara qəhvə (əlavəsiz, döyülmüşü daha yaxşı olardı).

 

Nahar: 2 bərk bişmiş yumurta, bitki yağı ilə qaynadılmış kələm salatı, təzə sıxılan tomat şirəsi.

 

Axşam yeməyi: 200 qram istənilən növ balıq.

 

2-ci gün

 

Səhər yeməyi: qara qəhvə, kökə.

 

Nahar: 200 qram qızardılmış, yaxud qaynadılmış balıq, təzə kələm.

 

Axşam yeməyi: 100 qram qaynadılmış mal əti, bir stəkan qatıq.

 

3-cü gün

 

Səhər yeməyi: qara qəhvə, kökə, yaxud bir dilim çörək (çovdar çörəyi daha yaxşıdır).

 

Nahar: yunan balqabağı (1-3), bitki yağı ilə qızardılmalıdır.

 

Axşam yeməyi: iki bərk bişmiş yumurta, bitki yağı ilə qaynadılmış kələm salatı, 150 qram mal əti.

 

4-cü gün

 

Səhər yeməyi: qara qəhvə.

 

Nahar: bitki yağı ilə iki qaynadılmış yerkökü, bir az bərk pendir (iki dişlək).

 

Şam yeməyi: 250 qram hər hansı meyvə.

 

5-ci gün

 

Səhər yeməyi: çiy kök limon şirəsi ilə.

 

Nahar: 200 qram istənilən növ balıq, bir stəkan təzə sıxılmış tomat şirəsi.

 

Şam yeməyi: 250 qram hər hansı meyvə.

 

6-cı gün

 

Səhər yeməyi: qara qəhvə.

 

Nahar: 500 qram qaynadılmış toyuq, təzə kök və kələm salatı.

 

Axşam yeməyi: iki bərk bişmiş yumurta, 200 qram narınlaşdırılan çiy kök bitki yağı ilə.

 

7-ci gün

 

Səhər yeməyi: yaşıl çay.

 

Nahar: 200 qram qaynadılmış mal əti, 200 qram hər hansı meyvə.

 

Şam yeməyi: qaynadılmış xırda dəniz xərçəngi, yaxud üçüncü gündən başqa bütün şam yeməkləri.

 

8-ci gün

 

Səhər yeməyi: qara qəhvə.

 

Nahar: 500 qram qaynadılmış toyuq, təzə kök və kələm salatı.

 

Şam yeməyi: 200 qram xırdalanan çiy kök bir yemək qaşığı bitki yağı, iki bərk bişmiş yumurta.

 

9-cu gün

 

Səhər yeməyi: limon şirəsi ilə iki çiy kök.

 

Nahar: 350 qram istənilən növ balıq, bir stəkan təzə sıxılan tomat şirəsi.

 

Şam yeməyi: 250 qram hər növ meyvə.

 

10-cu gün

 

Səhər yeməyi: qara qəhvə.

 

Nahar: iki suda qaynadılan kök bitki yağı ilə, iki dilim bərk pendir.

 

Şam yeməyi: 250 qram hər növ meyvə.

 

11-ci gün

 

Səhər yeməyi: qara qəhvə, kökə.

 

Nahar: yunan balqabağı (1-3), bitki yağı ilə qızardılmış.

 

Şam yeməyi: 200 qram qaynadılmış mal əti, təzə kələmdən salat, iki bərk bişmiş yumurta.

 

12-ci gün

 

Səhər yeməyi: qara qəhvhə, kökə.

 

Nahar: 200 qram istənilən növ balıq, tərəvəz salatı.

 

Şam yeməyi: 100 qram qaynadılmış mal əti, bir stəkan qatıq.

 

13-cü gün                 

 

Səhər yeməyi: qara qəhvə.

 

Nahar: iki bərk bişmiş yumurta, bir stəkan təzə sıxılmış tomat şirəsi, bitki yağı ilə qaynadılmış kələm.

 

Şam yeməyi: 200 qram hər növ balıq.

 

14-cü gün

 

Səhər yeməyi: yaşıl çay.

 

Nahar: 200 qram istənilən növ balıq, təzə kələm.

 

Şam yeməyi: 200 qram qaynadılmış mal əti, bir stəkan qatıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir