Sabah yağmursuz hava gözlənilir – PROQNOZ

Martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti, Bakıda gecə 3-5° isti, gündüz  8-10° isti təşkil edəcək.

 

Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  70-80 faiz olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə  qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  3-6° isti təşkil edəcək.

 

(Visited 24 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir