Tələbələr üçün Prezident təqaüdünün məbləği artırıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” prezidentin 2001-ci il sentyabrın 3-dəki 564 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Medpress.az xəbər verir ki, fərmana əsasən, ölkədə təhsil sahəsində ən yüksək nəticələr əldə edən tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycanın ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib.

 

Bu fərman martın 1-dən qüvvəyə minir.

 

Bundan əvvəl Prezident təqaüdü 185 manat olub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir