90 qadını öldürən manyak onların portretlərini çəkib

Manyak Semyuel Littlin qurbanı – seks-işçiləri, evsizlər və narkotikdən asılı 90 qadın olub. İşlərin çoxu açılmamış qalıb. Federal Təhqiqat Bürosu Littlin çəkdiyi şəkilləri yayıb ki, bunun köməkliyi ilə qurbanları tanımaq mümkün olsun.

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, vaxtından tez azadlığa çıxmaq hüququ olmayan ömürlük cəza çəkən kişi ötən il  30 ildən çox müddətdə (o, 3 qətlə görə məhkum olunub) 90 nəfəri öldürdüyünü etiraf edib.

 

Federal Təhqiqat Bürosu ümid edir ki, manyakın çəkdiyi portretlər həm indiyədək araşdırılması mümkün olmayan onlarla işin açılmasına, həm də qadınları tanıyıb onların ailələri ilə əlaqə yaradılmasına imkan verəcək. Əgər müstəntiqlər onun ehtimal edilən qurbanlarını müəyyənləşdirə bilərsə, onda Littl ABŞ tarixinə ən qəddar seriya qətllər törədənlərdən biri kimi düşəcək.  

 

Müstəntiqlər hələ ki 90 cinayətdən 34-nü təsdiqləyə biliblər. Littl cinayətlərinin əksəriyyətini 1970-2005-ci illərdə həyata keçirib. Onun qurbanları əsasən zəif qadınlar – evsizlər, seks işçiləri, narkotikdən asılılıar, yaxud zorakılıq qurbanları olublar.

 

Littl keçmiş boksçudur, öz qurbanlarını boğmazdan əvvəl huşlarını itirənə qədər zərbə ilə vurub.

 

“Qadınların bədənlərində bıçaq və odlu silah yaraları olmayıb, ona görə işlərin çoxu narkotikin dozasını artıq etmək, bədbəxt hadisə, yaxud təbii ölüm kimi təsnif olunub”, – Federal Təhqiqat Bürosunun keçənilki hesabatında qeyd edilir.

 

Agentlərinin dediklərinə görə, Littl öz qurbanlarının hamısını xatırlayır, dəqiqliklə cinayətləri harada və həmin vaxt hərəkət etdiyi hansı maşında törətdiyini söyləyə bilər. Ancaq dəqiq vaxtını göstərə bilməməsi araşdırmanı çətinləşdirir.

 

 

 

(Visited 120 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir