Koronavirus daha 46 can aldı: 2334 yoluxma, 4461 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 4461 nəfər müalicə olunaraq sağalıb, 2334 yeni yoluxma faktı qeydə alınıb.

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 46 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 208 min 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 151 min 660 nəfər müalicə olunaraq sağalıb, 2340 nəfər vəfat edib. Aktiv xəstə sayı 54211 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 102 min 957 test aparılıb. Bugünkü test sayı isə 14599-dur.

 

 

(Visited 22 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir