Tütünün zərəri barədə maarifləndirmə üsulları

Nazirlər Kabineti “Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları”nı təsdiq edib.

AZƏRTAC xəbər verir ki, sənəddə tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları göstərilir.

Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri kimi tütündən istifadənin insan sağlamlığına zərərli təsiri barədə təbliğat aparılması, əhali arasında tütündən istifadəyə neqativ münasibətin formalaşdırılması, sağlam həyat tərzi sürməyin üstünlüklərinin əhali arasında təbliği, belə seçim edən şəxslərin sayının artırılması, onların həvəsləndirilməsi və bu seçimin digər insanlara nümunə olaraq göstərilməsi, sağlam həyat tərzinə, ziyanlı vərdişlərdən asılılığın profilaktikasına yönəldilmiş məlumatlandırıcı-maarifləndirici və təbliğat tədbirlərinin tədrisi, tütündən istifadənin nəticələrindən qorunma ilə bağlı tibbi xarakterli və digər biliklərin əhali arasında yayılması, tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın müalicəsinə marağın artırılması qeyd edilir.

Sənəddə tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi üçün tütün məmulatlarının zərərli təsiri ilə bağlı mövzuların tədris proqramlarına daxil edilməsi, tütündən istifadənin dayandırılması, tütündən istifadəyə mənfi münasibətin formalaşdırılması məqsədi ilə əhali üçün nəzərdə tutulmuş müvafiq konsultativ (məsləhət) xidmətin təşkili və “Qaynar xətt”in yaradılması, kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya ehtiyatında tütündən istifadənin zərəri ilə bağlı təbliğat xarakterli məlumatların yayılması, tütün əleyhinə sosial reklamların yayımlanması, mobil rabitə abonentlərinə məlumatlandırıcı xəbərdarlıq mesajlarının göndərilməsi, tütün əleyhinə təbliğat xarakterli və maarifləndirici kütləvi aksiya və tədbirlərin, xüsusilə 31 may – Ümumdünya Tütünlə Mübarizə Gününün keçirilməsi, tütün məmulatlarının qutuları üzərində tütündən istifadədən çəkindirici xəbərdarlıqların yerləşdirilməsi kimi üsulları müəyyən edilir.

Sənəddə, həmçinin, tütün məmulatlarının zərərli təsiri ilə bağlı mövzuların tədris proqramlarına daxil ediləcəyi, məsləhət üçün “Qaynar xətt” yaradılacağı da öz əksini tapıb.

(Visited 61 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir