Diyetoloqları qəzəbləndirəcək xəbər: Səhər yeməyinin arıqlamaqla bir əlaqəsi yoxdur

Avstraliyalı elm insanları bu günə qədər diyetoloqlar  tərəfindən arıqlamaq siyahılarının ilk sırasına yazılan səhər yeməkləri ilə bağlı bir iddia ortaya atıb. Elm insanlarının araşdırmalarına görə, arıqlamaq üçün səhər yeməyi şərt deyil. Hətta səhər yemək yeyənlərin yeməyənlərə nisbətən 260 kalori aldığını deyirlər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, avstraliyalı elm adamları apardıqları tədqiqatlar nəticəsində, kilo vermədə səhər yeməyinin faydalı olduğuna dair dəlil tapmayıb. Tədqiqat qrupunun rəhbəri Flaviya Tsikuttini səhər yeməyinin faydaları haqqındakı iki əsas versiya üzərində dayanır.

 

Səhər yeyənlər yeməyənlərə nisbətən 260 kalori çox alır

 

Birincisi, erkən alınan qidanın aclıq hissini azaltdığı və metabolizmi sürətləndirdiyi, ikincisi isə daha sonrakı dəfələrdə kaloriləri yandırmağa köməkçi olmasından söhbət gedir. Elm insanları, bu mülahizələrlə bağlı 1990-cı ildən 2018-ci ilə qədər nəşr olunan iki min elmi nəşrin məqaləsinin təhlilini aparıb. Bu işlərin nəticələri təhlil olunduqdan sonra mütəxəssislər, səhər yeməyinin məcburi yemək planına daxil edilməsinin kilo vermək üçün yaxşı bir strategiya kimi qəbul edilə bilməyəcəyi təsbitini verib.

 

Tədqiqatda səhər yeməyi yeyən iştirakçıların yemək etməyənlərə görə hər gün orta hesabla 260 kalori çox aldığı və səhər yemək yeməyənlərin təxminən 0, 44 kiloqram daha çox kilo verdikləri ortaya çıxıb.

 

Kifayət qədər sübut yoxdur

 

Avstraliyalı tədqiqatçı deyib: “1917-ci ildən bu yana səhər yeməyinin ən faydalı pay olduğu mətbuatda davamlı olaraq təqdim olunur. Ancaq, bunun kilo vermək üçün yaxşı yol olduğuna dair kifayət qədər sübut yoxdur, xüsusən çox kiloqramlı yeniyetmələrdə. Nizamlı yemək digər istiqamətlərdən faydalı olsa da, məsələn, uşaqlarda müvazinət və diqqəti artırması kimi, bu cür  təkliflər bir kilo vermə strategiyası kimi düşünülməməlidir. Çünki, əks təsir də edə bilər”.

 

 

(Visited 101 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir