“Təciliyardım”a silah verilsin – deputatdan TƏKLİF

Ukraynanın xalq deputatı, sağlamlığın qorunması məsələləri üzrə komitə rəhbərinin müavini Oleq Musiy söyləyib ki, “təciliyardım” işçilərinin iş başında olanda pnevmatik silah gəzdirməsinə tam hüququ olmalıdır.

 

Medpress.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, silahdan tibb sahəsində çalışanların hücumdan müdafiəsi üçün istifadə nəzərdə tutulmalıdır. Fövqəladə hallarda pnevmatik silahla təchizat sərfəli ola bilər. Məsələn, həm “təcili yardım” avtomobilinin sürücüsünə, həm də bilavasitə həkimlərə özləri ilə tapança gəzdirmək haqqı verilməlidir. Ancaq bu ənənə bir qədər mənəvi-etik cəhətdən qanunsuzdur. Axı digər insanları həkimin yaralaması heç də doğru olmazdı. Tibb sahəsinin nümayəndələri həyatı xilas etmək üçün çalışmalıdır, onları şikəst etmək üçün yox.

 

Oleq Musiyanın sözlərinə görə, heç bir ölkədə “təcili yardım”ın təmsilçilərinin silahdan istifadə təcrübəsi yoxdur. Bu, ona müxtəlif dövlətlərin səhiyyə təcrübəsini ətraflı araşdırandan sonra məlum olub.  Həkimlər hətta Afrika ölkələrində də silahdan istifadə etmirlər.  O qeyd edib ki, bu qərarı Ukrayna sağlamlığın mühafizəsi nazirliyinin müasir nümayəndələri qəbul edə bilərlər.

 

Deputatın sözlərinə görə, təkcə son bir ildə Ukrayna ərazisində tibb işçilərinə 152 hücum qeydə alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir