Bir ailənin 3 üzvü mədəsini çıxartdırdı: Xərçəngə yoluxmamaq üçün

Böyük Britaniyada bir ailənin üç üzvü müayinə zamanı onlarda xərçəng əmələ gəlmə meyli olması təsdiqlənəndən sonra mədələrini çıxartdırıblar. Söhbət Uollsolla şəhərindən olan Sofiya Əhməd və onun iki qardaşından – Tahir və Ömər Hanahdan gedir.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, onların üçü də anaları və bacıları mədələrindəki xərçəngdən öləndən sonra həkimə müraciət edib. Həkimlər onlara xəstəlik riskinin qarşısını almaq üçün qastroektomiya (mədənin götürülməsi) keçirməyi tövsiyə ediblər.

 

Sofiyanın sözlərinə görə, anasına 2003-cü ildə, 49 yaşı olanda xərçəng diaqnozu qoyulub və o altı ay sonra ölüb. On il sonra Sofiyanın 32 yaşlı bacısı Yasmin də eyni xəstəlikdən vəfat edib. Sofiya ölən bacısının tibbi kartında oxuyub ki, xərçəngin bu növünün genetik meylliliyi var.

 

-Biz analizlərin nəticəsini alana qədər hamı məni dəli hesab edirdi. Sonradan məlum oldu ki, bizim narahatlığımız səbəbsiz deyil, – qadın söyləyib.

 

Əməliyyatlar müxtəlif vaxtlarda keçirilib və hər üçü uğurlu başa çatıb. Britaniyalı qeyd edir ki, həmişəki kimi “yemək və urəyi istədiyini etmək” vəziyyətindədir. O, yalnız çəkisinə nəzarət etməli və müəyyən vitaminlərin səviyyəsini qorumalıdır. Qadın onu da qeyd edib ki, əməliyyatdan sonra hamilə qalıb və hətta sağlam uşaq da dünyaya gətirib.

 

(Visited 74 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir