Ermənistanda 10 nəfər “donuz qripi”nə tutulub

Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib.

 

Medpress.az-ın Ermənistan mediasına istinadən bildirir ki, səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan virusun ölkədə yayıldığını təkzib etməyə cəhd göstərib: “Gəlin, buna “donuz qripi” deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”.

 

Ermənistan Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, yanvarın 8-də “donuz qripi” əlamətləri ilə 642 nəfər poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

 

Məlum olduğu kimi, qonşu Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) ölənlərin sayı artıq 11-ə çatıb. 

 

(Visited 42 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir