Siqaret kişilərin cinsi orqanına mənfi təsir göstərə bilər – EKSPERTLƏR

Siqaret sevgisi siqaret çəkənlərə çox xoşagəlməz bir sürpriz verə bilər. Məlum olub ki, siqaret çəkmək ereksiyaya (ereksiya dedikdə cinsi orqanın bərkiməsi (rigidliyinin artması, sərtləşməsi, durması) başa düşülür) mənfi təsir göstərir.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, bunu Cənubi Kakiforniya Universitetinin kişi dölsüzlüyü məsələləri üzrə direktoru, həkim-uroloq Meri Samplaski açıqlayıb. Onun sözlərinə görə, siqaret çəkmək testoetronun istehsalının azalmasına səbəb ola bilər. Bununla yanaşı, siqaretin tərkibindəki toksinlər qan damarlarına mənfi təsir göstərir.

 

Siqaret çəkmək və ereksiya arasındakı əlaqəni müəyyənləşdirməyə yönəldilən araşdırma hələ 1998-ci ildə Boston tibb universitetinin ekspertləri aparıblar. 200 kişinin cinsiyyət orqanının araçdıraraq həqiqətən müəyyən ediblər ki, siqaret çəkənlərdə həyəcan dövrlərində bəzi sapmalar olur. Bu onunla izah olunur ki, siqaret çəkmək cinsiyyət orqanına qan axınını pisləşdirir.

 

Daha bir xoşagəlməz amil kökəlmədir . Bunun hesabına yağ toxumalarındakı testosteronlar estrogenə çevrilir və ereksiya problemi yaradır.

 

 

 

(Visited 354 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir