Bakıda azyaşlı quduz itin hücumuna məruz qalıb.
Medpress.az ona-ya istinadən bildirir ki, hadisə aprelin 18-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib.
İt küçədə 4 yaşlı Hüseyn Məmişova hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb. Ağır yaralanan uşaq 1 saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.
Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanan hissəsi tikilərək bərpa edilib.