Sevgi ilə bağlı 5 maraqlı fakt

Sevgi haqqında çox yazılıb və danışılıb, ancaq bu mövzu heç vaxt aktuallığını itirmir: şairlər və alimlər bu gün də aydınlaşdırmağa cəhd edirlər ki, sevgi nə hissdir və o neçə baş verir.

 

Middle-aged couple embracing in front of house

Medpress.az xarici mətbuata istinadən sevgi haqda bir neçə maraqlı faktı təqdim edir.

 

1. Hər şeyə görə hormonlar günahkardır

 

Aşiq olan insanın orqanizmində böyük miqdarda dofamin – həzz hormonu istehsal olunur. Həmin hormon insanlarda narkotik, oyun və digər əşyalara asılılıq yaradır.  Aşiq olanların çoxunda meydana  gələn “qarnında kəpənək” stressi noradrenalin hormonunun – stress hormonunun nəticəsidir.

 

Amma oksositin hormonu mehribanlıq münasibətlərində bir-birinə bağlılıq hissinə cavab verir. Hesab edilir ki, orqazmdan – “şəhvətli həyəcan”dan sonra onun istehsalı güclənir.

 

2. Cinsi həvəsə genlər cavab verir

 

İki insanın bir-birinə cinsi həvəsinə histouyğunluq – ərlə arvadın orqanizmlərinin funksiyalarının uyğunluğu cavab verir: biz tərəfdaşımızı xarici görünüşünə görə qiymətləndirir və seçmirik, hətta pul kisəsinə görə də yox. Əksinə bizim DNT-mizin dərinliklərində gizlənən və görünməyən bir şeyə görə seçir və qiymətləndiririk. İnsanlarda guya cinsi həvəsə cavab verən feremonların (tibdə insan bədənindən gələn qoxunu feremonlar adlandırırlar) yaranıb-yaranmadığını hələ heç kim deyə bilməz.

 

3. Sevgi orqanizmin işini dəyişir

 

Aşiq olan kişilərin baş beyin qabığında görməyə cavabdeh olan böyük yarımkürələr daha fəal olur. Belə çıxır ki, “kişi gözləri ilə sevir” ifadəsinin elmi sübutu var.

 

Aşıq olan qadınlarda yaddaşla bağlı olan beyin nahiyəsi fəal işləyir. Bunun sayəsində qadınlar münasibətləri ilə bağlı bütün hadisələri və tarixləri yaxşı xatırlayırlar.

 

4. Sevgi – ən yaxşı ağrıkəsicidir

 

Sevgililərdə yaranan  oksitosin hormonları, əslində kifayət qədər səmərəli ağrıkəsən kimi işləyir. Bu hormon təkcə tərəfdaşın yanında olanda yox, həm də onun şəklinə baxanda yaranır. 

 

Bir çox tədqiqatlar göstərib ki, sevgililərin qucaqlaşdığı zaman yaranan bu hormon ağrı hisslərinin öhdəsindən gəlməyə kömək edir.

 

5. İnsan 4 dəqiqəyə aşiq ola bilər

 

İnsan cəmisi 4 dəqiqəyə aşiq ola bilər. Onu aşiq olmağa bədənin siqnalları, səs və səs tempi vadar edə bilər.

 

Psixoloqların iddiasına görə, aşiq olmaq üçün 36 sual və gözlərə 4 dəqiqəlik baxışlar kifayətdir. Bunu təcrübədən keçirməklə təsdiqləmək də mümkün olub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir