İndoneziyada çəkisi 190 kiloqram olan 12 yaşlı oğlan çəkisinin yarısını atıb və indi futbolçu olmağı arzulayır.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Arya Permana şəkərdən imtina etməyənə və 95 kiloqrama qədər arıqlayana qədər ölkədə ən kök uşaq hesab olunurdu.
Arya barədə sosial şəbəkədə onun su çənində oynadığını əks etdirən kadrlar yaytılandan sonra məlum olub. Oğlan iki yaşlı kişinin yediyi qədər qida istifadə edib. Onun ölçüsü daim artıb, nəticədə heç bir geyimi onun əyninə gəlməyib.
Ancaq Arya həmişə belə olmayıb. O, tamamilə sağlam və normal çəkisi olan uşaq kimi doğulub. İki yaşında sürətlə kökəlməyə başlayıb. Valideynləri Aryanı yedirtmək üçün qonşulardan və qohumlardan pul borc almalı olublar. O, gündə beş dəfə yeyə bilirdi.
Nəticədə Aryanı ciddi pəhrizə oturdublar və indi 100 kiloqrama yaxındır. Hər gün çoxlu gəzir və dostları ilə badminton oynayır. Halbuki, əvvəllər artıq çəkisinə görə məktəbə gedə bilmirdi, ancaq oğlan tezliklə dərslərinə qayıdacaq.