Daşkəsən rayonunda fərdi yaşayış evində vəhşi heyvanların parçaladığı kişi meyiti tapılıb.
Medpress.az “Report”a istinadla bildirir ki, o, Almalı kənd sakini, 59 yaşlı Bəndər Quliyevdir.
Kənd sakinlərinin bildirdiyinə görə, Bəndər Quliyev tənha yaşayıb və xəstəlikdən əziyyət çəkib.
Kişinin baş və bədəninin müxtəlif nahiyələrini vəhşi heyvanların tamamilə parçalandığı bildirilir.
Faktla bağlı araşdırmalar başlanıb.