Saç tökülməsinə qarşı 3 sehrli maska

Keçəlləşmə kişilərin daha çox qarşılaşdığı problemdir. Ancaq qadınların da şoxu yazda, xüsusilə avitaminoz – orqanizmdə vitamin çatışmazlığı dövründə saç tökülməsi ilə üzləşirlər.

 

Medpress.az xarici mediaya istinadən saç üçün real sehrli maskanı təqdim edir.

 

Kartof maskası

 

Soyulmuş böyük kartofu kəsin və şirəsini sıxın. Sonra 2 xörək qaşığı aloe şirəsi və 20 qram bal əlavə edin. Alınan qarışığı başınızın dərisinə sürtün və bir saat saxlayın. Bundan sonra başınızı yumaq lazımdır. Proseduru həftədə 2 dəfə təkrar edin.

 

Kök-limon maskası

 

1 stəkan kök və 1 stəkan limon şirəsini qarışdırın və başınızın dərisinə dairəvi hərəkətlə çəkin. Başınızı dəsmalla isdib maskanı 2 saat saxlayın. Sonra şampunla yuyun. Proseduru həftədə iki dəfə təkrar edin.

 

Konyak maskası

 

1 çay qaşığı kastor yağı, 1 çay qaşığı soğan şirəsi, 1 çay qaşığı həmişəbahar arağı, 1 çay qaşığı bibər arağı, 1 çay qaşığı bal, 1 çay qaşığı konyak və 1 yumurta sarısını kasada qatıb saç köklərinə çəkin. Maskanı iki saat saxlamaq lazımdər, bundan sonra isti su ilə yuyun. Proseduru həftədə 2 dəfə təkrar edin.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir