Sabah Bakıda 16, rayonlarda 21 dərəcə isti olacaq – PROQNOZ

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yelərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcək.  

 

 

(Visited 24 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir